Bu gün Bakıda 18 dərəcə isti olacaq - Hava Haqqında

16 Mart 2014 09:00 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasındahava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 5-8°, gündüz 13-18° isti, Bakıda gecə 5-7°, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındahava, əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

hava, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 15°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

hava, əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5°, gündüz 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında

hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10°, bəzi yerlərdə 15°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındahava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 2-7°, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındahava, əsasən, yağmursuz keçəcək, səhər dağlarda duman olacaq.
Temperaturun gecə 5-7°, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.