Çin Ukraynaya dair həll planı irəli sürüb

16 Mart 2014 09:38 (UTC+04:00)

Çinin BMT-dəki daimi nümayəndəsi Lyu Tzei Ukrayna böhranının həllinə dair Çin planını açıqlayıb. Musavat.com-un Reuters-ə istinadən verdiyi məlumata görə, plan üç bənddən ibarətdir.

 

 

Pekin təklif edir ki, Krım probleminin siyasi həllini hazırlayacaq beynəlxalq struktur yaradılsın. Belə bir qrup yaradılanadək münaqişə tərəflərinin hamısı "birtərəfli hərəkətlərdən çəkinməlidir". O cümlədən bu, Rusiyaya aiddir, hansı ki, referendumdan dərhal sonra Krımın birləşdirilməsi barədə qərar çıxara bilər.

 

Krım böhranından asılı olmayaraq beynəlxalq maliyyə təşkilatları yaxın zamanlarda Ukraynaya kömək variantlarına baxmalıdırlar.