Yanvar-fevral aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 3,2 milyard manatlıq əmtəə satılmışdır. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlak
mallarının 1,7 milyard manatını qida məhsulları, içkilər və tütün
məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq malları təşkil
etmişdir. Satılan qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz
bəndi artmışdır.
Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin
həcmi ötən ilin müvafiq dövrünə nisbətən 34,5 faiz artaraq 452,5
min manata çatmışdır. Əhali onlayn rejimlə sifariş verdiyi istehlak
mallarının 82,2 faizini hüquqi, 17,8 faizini fiziki şəxslərin
ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin
91,7 faizi qeyri-ərzaq mallarının payına düşmüşdür.