Vanqa: “Azərbaycan 30 ildən sonra qələbə qazanacaq” - VIDEO

16 Mart 2014 10:48 (UTC+04:00)

Dünyaca məşhur Vanqanın öncəgörmələri ilə bağlı fikirlər Ukrayna ətrafında baş verən hadisələrdən sonra yenidən gündəmə gəlib. 


Vanqanın 2011-2016-cı illəri əhatələyən proqnozları sırasında Azərbaycanla bağlı olan əlbəttə ki, diqqət çəkməyə bilməz. Məşhur öncəgörən Azərbaycan haqqında proqnozunu 30 may 1993-cü ildə verib. Videoda Azərbaycan jurnalistlərinə deyilən sözlərin sonradan unudulduğu qeyd edilib: "Siz elə bir ölkədən gəlmisiniz ki, orada çoxlu qan var. Çoxlu ağlayan uşaqları görürəm. Geri çəkilin. Siz tale tərəfindən özünüzə aid olmayan şeylə vuruşursunuz. Siz uduzacaqsınız. Lakin bu hələ başlanğıcdır. Qızıl görürəm, hansı ki, sizin üçün xoşbəxtlik gətirmir. Əli qandalda olan yüzlərlə insan. Onlar daha 30 il dözəcəklər, amma təslim olmayacaqlar. Onların sonralar öz torpaqlarının sahibi olmağını görürəm. Onları zəncirlərə bağlayan şey əsrlərlə itəcək. Xeyir qələbə qazanacaq və insanlar xoşbəxt yaşayacaqlar".