Vaqif Sadıqov istefa verdi
16 Mart 2014 12:11 (UTC+04:00)
Son vaxtlar Premyer Liqada uğursuzluğa imza atan Bakının "AZAL"
Peşəkar Futbol Klubunun baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən
istefa verib.
ANS PRESS-in klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata
görə, "AZAL" PFK-nun rəhbərliyi və baş məşqçi dünən görüş keçirib.
Görüşdə komandanın son vaxtlar düçar olduğu uğursuzluqlar və əldə
olunan mənfi nəticələr müzakirə edilib.
Rəhbərlik komandanın mövsümün əvvəllərində qarşıya qoyulan
hədəflərdən uzaq düşdüyünü vurğulayıb.
Müzakirələr zamanı klub rəhbərliyi ilə baş məşqçi arasında ümumi
nəticə əldə olunmayıb. Bu səbəbdən Vaqif Sadıqov baş məşqçi
vəzifəsindən istefa verdiyini bəyan edib.
"AZAL" PFK-nın baş məşqçisi Vaqif Sadıqov bu qərarını günün sonunda
futbolçulara da rəsmən bəyan edib.