İran pilotları suriyalı tələbələrə təlim keçəcək

16 Mart 2014 12:20 (UTC+04:00)
İranın mülki aviasiya təşkilatı uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə 80 suriyalı tələbələr üçün kurslar keçirəcək. Trend YJC (Young Journalists Club) informasiya saytına istinadən bu barədə bazar günü təşkilatın nümayəndəsi Səid Əkbəri bildirib.

Onun sözlərinə görə, İran və Suriyanın mülki aviasiya nümayəndələri bundan öncə uçuşlarının təhlükəsizliyi üzrə baza və qabaqcıl kurslarının keçirilməsi məsələsini müzakirə ediblər.

"Kurslar Tehranda aprel ayında keçiriləcək", - Əkbəri bildirib.