Lionel Messini başqa kluba göndərirlər

16 Mart 2014 12:29 (UTC+04:00)
İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel MessiFransanın PSJ klubuna keçəcək. 

Anspress-in məlumatına görə, bu açıqlamanı FİFA rəsmisi Fransua Qallardoverib. Onun sözlərinə görə, Messinin PSJ-yə transferi mövsüm başa çatandan sonra reallaşacaq. 

FİFA rəsmisi bildirib ki, ulduz futbolçu bu transferindən illik 30 mliyon avro qazanacaq.

Xatırladaq ki, Lionel Andres Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində dünyaya göz açıb. Rodrigo və Matias adlı iki böyük qardaşı, Maria Sol adlı özündən kiçik bir bacısı var. 

Lionel Messi 5 yaşında atasının məşqçilik etdiyi "Qrandoli" klubunda futbol oynamağa başlayıb. 1995-ci ildə, 11 yaşında Messi "Newell's Old Boys" klubuna keçir. Klubun həkimləri isə ona "İnkişafdan qalma" diaqnozu qoyurlar. Bu ərəfədə Argentinanın məşhur "River Plate" klubu onu almaq istəyir. Lakin onun müalicəsi üçün aya 500 dollar vermək lazım idi ki, klub da bununla razılaşmaq istəmirdi. Hər şeyin müəmmalı qaldığı bir vəziyyətdə "Barselona"nın idman direktoru Karles Reksaç Messinin oyununu görür və onunla müqavilə bağlayır. Bundan sonra "Barselona" bütün müalicə xərclərini öz üzərinə götürür və Messi ailəsi ilə birlikdə Avropaya köçür. Burada yeni həyata qədəm qoyan Messi klubun gənclər komandasında çıxış etməyə başlayır.

Messi klubda ilk debüt oyununu 16 oktyabr 2004-cü ildə Espanyol komandasına qarşı keçirir. Bu zaman o, klubun heyətində çıxış edən ən gənc oyunçu kimi tarixə düşür. Albasete klubu ilə oyunda ilk qolunu vuran zaman onun cəmi 17 yaşı var idi və Messi "Barcelona" klubunun tarixinə ən gənc qol vuran oyunçu kimi düşüb.

"Barselona"da oynayan Messi hazırda dünyanın ən yaxş futbolçusudur. Lionel Messi ardıcıl olaraq 4 il - 2009, 2010, 2011 və 2012-ci illərdə - "Qızıl Top" mükafatına layiq görülüb. 2013-cü ildə isə Frank Riberi və Kriştianu Ronaldu ilə birgə bu mükafata namizədlərdən biri olub, ancaq bu dəfə qazanan "Real Madrid"in oyunçusu Kriştianu Ronaldu olub.