Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran prezidenti ilə görüşüb

16 Mart 2014 12:29 (UTC+04:00)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdədir. Movqe.az-ın xəbərinə görə, bu gün K. Heydərovu İran prezidenti Həsən Ruhani qəbul edib.
Görüşdə prezident Ruhani İran və Azərbaycanın mövcud imkanlardan istifadə edərək, əlaqələri və iqtisadi əməkdaşlığı inkişaf etdirməli olduğunu qeyd edib.İranın rəsmi İRNA agentliyinin məlumatına görə, H. Ruhani rəsmi Tehran və Bakı arasında əməkdaşlığın daha da inkişafı üçün imkanlar olduğunu da vurğulayıb: " İran Azərbaycan da daxil olmaqla qonşu ölkələrlə münasibətləri inkişaf etdirmək niyyətindədir".Öz növbəsində Kəmaləddin Heydərov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını İran prezidentinə çatdırıb.Nazir qeyd edib ki, Tehran-Bakı əlaqələrinin inkişafı ilə bağlı Azərbaycan və İran prezidentlərinin qətiyyət və iradəsi öz bəhrəsini verir.
K. Heydərov iki qonşu xalqın tarixi mədəni və dini birliyinin bu gün də iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə stimul verdiyini bildirib. İRNA-nın xəbərinə görə, K. Heydərov həmçinin İranın Gömrük İdarəsinin rəisi Masud Karbasian, Mədən Sənayesi İdarəsinin rəhbəri Mehdi Karbasian ilə də görüşüb.