Suriya qoşunları bir şəhəri üsyançılardan aldı
16 Mart 2014 13:00 (UTC+04:00)
"Əl- Məyədin" telekanalı xəbər verir ki, Yabruda
daxil olan Suriya ordusu döyüşlərlə şəhərin mərkəzinə doğru
irəliləyir. Ötən gün onlar bələdiyyə binası yerləşən meydana
yaxınlaşıblar. Bu barədə Trend İTAR-TASS agentliyinə
istinadən məlumat verir.
"Düşmən şiddətli müqavimət göstərir. Bundan başqa,
şəhərdə dinc sakinlər qalıb, bu da ordunun hərəkətlərini
məhdudlaşdırır", - əməliyyata rəhbərlik edən zabit
bildirib.
Bununla belə, onun sözlərinə görə, hərbçilər
Yabrud şəhərinin mərkəzi hissəsinə doğru bir neçə yüz metr
irəliləyiblər. Yaraqlılar Mar-Maron dağının cənub yüksəkliklərindən
vurub çıxarılıblar, onların sığınacaq kimi istifadə edilən yeraltı
tunel aşkar edilib və ləğv olunub.
"İslam cəbhəsi"nə daxil olan "Əhrar əş-Şam"
briqadasının qiyamçıları Yabrud şəhərini tərk ediblər, qonşu Rankus
şəhərinə geri çəkiliblər.