“Altılıq” ölkələri ilə İran arasında ziddiyyətlərin aradan qaldırılması üçün uyğun şərait var.

16 İyun 2012 20:16 (UTC+04:00)

Mövqe.az xəbər verir, Əfqanıstanda səfərdə olan Almaniyanın xarici işlər naziri Gido Vestervelle bildirib ki, "Altılıq" ölkələri ilə İran arasında ziddiyyətlərin aradan  qaldırılması üçün uyğun şərait var.

 Kabildə iranlı həmkarı Əli Əkbər Salehi ilə görüşən G.Vestervelle bildirib ki, Moskva görüşündə tərəflər arasında ixtilafların həll ediləcəyinə son dərəcə optimist yanaşır: "Ümid edirəm ki, İranla "altılıq" ölkələri arasında keçiriləcək növbəti görüşdə müsbət nəticə əldə ediləcək".

Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında növbəti görüş iyunun 18-19-da Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.