Bu qadınları yemək olar?
16 Mart 2014 13:30 (UTC+04:00)
Son zamanlarda müxtəlif formalı bitkilər meydana
gəlir. Xüsusən də meyvələrinin və ya gövdələrinin üzərinə dini
kəlmələri xatırladan təsvirlər sosial mediada geniş yayılıb. İndi
haqqında danışacağımız ağac isə həqiqətən görənləri şoka
salır.
Anspress-in məlumatına görə, "Naripol" adlı bu
ağacın adının mənası Tailand dilində "nari"-qadın, "pol"- ağac
deməkdir.
Ağac Banqkok şəhərindən 500 km məsafədə, Petçabun
əyalətində bitir. Amma bitkinin dəqiq harada bitdiyi bilinmir. Bu
ağacın meyvələri insan bədənini xatırladır. Xüsusən də qadın
bədəninə çox oxşayır. Yerli əhali bu ağacı müqəddəs hesab edir. Elm
isə bu ağacın sirrini izah edə bilmir. Bu bitkinin adı hətta heç
bir kitabda da yoxdur. Amma buna baxmayaraq ağacın meyvələri
görənləri düşünməyə vadar edir.