Türkiyə Suriyadakı ərazisini müdafiə edəcək

16 Mart 2014 13:35 (UTC+04:00)
Türkiyə Süleyman şahın məqbərəsini mümkün hücumlardan qoruyacaq. Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyənin müdafiə naziriİsmət Yılmaz bildirib.

Məqbərə və onun ətrafı Suriya ərazisindəki olan türk anklavıdır və bir neçə türk hərbçisi onu qoruyur.
Hazırda məqbərə yerləşən kənd "Əl-Qaidə" ilə bağlı olan "İraq və Levantın İslam dövləti" (İLİD) qruplaşmasının yaraqlıların əlinə keçib.

"Türbənin ətrafında təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlər görülüb", - nazir bildirib.