Üzdəki sızanaqlar xəstəliklərdən xəbər verir
16 Mart 2014 13:40 (UTC+04:00)
Yaşınız nəçə olursa-olsun, elə, ya da belə bəzən
sızanaqlarla məşğul olmaq məcburiyyətində qalırıq. Bu sinir pozucu
dəri problemi üzündən küçəyə üz makiyajı olmadan rahat çıxa
bilmirik, makiyaj etdiyimizdə də mütləq tonal kremlərə müraciət
etməi oluruq.
Sızanaqların, bədəninizin sizə nəyin yolunda
getmədiyini izah etməyə çalışdığını bilirdinizmi? Milli.Az
anspress-ə istinadən həmin sualın cavabını sizə təqdim
edir.
Üz xəritələndirmə üsulu Çində istifadə edilən və
günümüzün müasir dermatologiyasıyla xırmanlanan xüsusi bir
texnikadır. Hadisənin təməli, üzün müxtəlif bölgələrinin, müxtəlif
iç orqanlardakı problemlərlə birə-bir ilə eyni olmasıdır. Təbii
hormonal dəyişmələr kimi bəzi vəziyyətlərin önünə keçə bilmək
mümkün deyil, amma hansı bölgədəki sızanağa hansı orqandakı
problemin səbəb olunduğu bilindiyi təqdirdə, daha sağlam bir dəri
üçün tədbir ala bilmək çox da mümkündür!
Alın nahiyəsində çıxan
sizanaqlar
Alında çıxan sızanaqlar, ümumiyyətlə stressdən və
yuxusuzluqdan qaynaqlanır. Bu problemin qabağına keçmək və daha
təmiz bir alına sahib olmaq üçün gecələri mütləq 7- 9 saatlıq bir
yuxu çəkmək və əlimizdən bir şey gəlməyən mövzularda özümüzü
stressə salmamaq lazımdır.
Qaş üstü nahiyədə
çıxanlar
Qaşların üzərindəki bölgə, birbaşa olaraq
immunitet sistemindən təsirlənir. Yəni immunitet sisteminiz
aşağıdırsa, qaş üstlərinizdə sızanaqla qarşılaşmanız son dərəcə
mümkündür. Ehtimalla soyuqdəymə ya da qripə tutulmaq üzrəsiniz,
xəbəriniz olsun! Qaşlarınızın üzərində sızanaq görsəniz, tempinizi
bir neçə gündəliyinə yavaşladın və C vitamininə
yüklənin.
Qaş arası nahiyədə çıxan
sızanaqlar
İki qaşın arasında bir sızanaq meydana çıxdısa,
diqqət! Son zamanlarda tez-bazar yeməyə çox yönəlmiş ola
bilərsiniz. Hətta müəyyən bir yeməyə allergiyanız belə ola bilər!
Bu bölgə qaraciyərə bağlıdır. Meyvə və qatıq istehlak edərək
bədəninizə girən sağlam olmayan qidaları
detokslayın.
Yanaq nahiyəsində çıxan
sızanaqlar
Yanaqlarda meydana çıxan sızanaqlar, tənəffüs
sistemiylə əlaqəlidir. Havası çirkli olan bir yerdə yaşayırsınızsa,
astmanız varsa, bronxitiniz tutdusa və ya siqaret çəkirsinizsə,
yanaqlarınızda sızanaq çıxması son dərəcə
normaldır.
Çənə nahiyəsində çıxan
sızanaqlar
Dodaq altında və çənənin iki yanında meydana çıxan
sızanaqlar hormonal dəyişmələrdən qaynaqlanar. Bu səbəbdən bu
mövzuda edilə biləcək çox bir şey yoxdur. Yenə də siz ginekoloqa
müraciət edin.
Əlavə olaraq
Gicgahlarda və qulaqların altında çıxan
sızanaqlar, böyrəklərə bağlıdır. Daha çox su için!
Çənənin tam ortasında çıxan sızanaqlar həzm
sistemiylə əlaqədardır. Həzmsizlik probleminiz ola bilər.