İranda 3 dəfə zəlzələ baş verdi

16 Mart 2014 14:17 (UTC+04:00)
İranda bir-birinin ardınca 3 dəfə zələzələ baş verib. ANS PRESS-in məlumatına görə, bu barədə İranın Seysmologiya Mərkəzindən məlumat veriblər. 

Mərkəzdən bildiriblər ki, yeraltı təkanlar İranın Fars vilayətinin Nodan, Dehram bögələrində və Xorasanın cənub ərazilərində qeydə alınıb. Yeraltı təkanların maqnitudasının 2,7 və 3,1 bal təşkil etdiyi bildirilir.

Zəlzələlər zamanı tikililərdə dağıntı və fəsadların baş verməsi barəsində məlumat verilmir