Fransa çirkləndi (VİDEO)

16 Mart 2014 15:01 (UTC+04:00)
Fransanın paytaxtı Parisdə və digər 17 vilayətində havanın çirklənməsi pik vəziyyətə çatıb. Paris şəhərini bürüyən qatı duman artıq 5 gündən çoxdur ki, çəkilmir.

Fransada ekoloji çirklənmənin qarşısının alınması üçün tədbirlər görülür. Paris sakinlərinin ekoloji vərdişlərini dəyişdirmək və həftəsonlarında sakinləri şəxsi avtomobillərdən az istifadəyə öyrəşdirmək üçün, yerli hökümət şənbə və bazar günlərində ictimai nəqliyyatı o cümlədən metronu pulsuz edib. Nəticənin o qədər də effektiv olmadığını görən hökümət atmosferin qorunması üçün Fransa höküməti qəti ölçülərə getməli olub. 

Fransanın Ekologiya Naziri Filip Martin hava çirklənməsinin qarşısının alınmasına dair dövlət planı elan edib. Əsas ölçülərdən biri kimi 30 vilayətdə yüksək çirkləndirici nəqliyyat vasitələrinə sürət məhdudiyyətləri tətbiq olunacaq.Yüksək çirklənmə səviyyəsi bundan əvvəl Fransada dekabr ayında, Paris və Paris ətrafı ərazilərdə qeydə alınıb. Çirklənmənin əsas payının dizellə çalışan maşınlara düşdüyü deyilir. Ölkənin ekologiya nazirliyi ətraf mühit fəallarının və (ekoloqların) sərt təzyiqləri ilə üz-üzə qalıb. 

Onlar qatı toz dumanın yenə baş verməməsi üçün hökümətdən alternativ nəqliyyat sisteminin yaradılmasını tələb edir. Bəziləri istirahət günlərində adi nömrə nişanlı avtomobillərin yollarda hərəkətinə qadağa qoymağı səsləsə də nazirlik belə bir icbari qaydanın müşkil məsələ olduğunu bildirib. Ekoloji planın digər ölçülərinə yük maşınlarının Parisin (mərkəzinə) girişinə qadağa qoyulması, velosipedlərin pulsuz icarəyə verilməsi daxildir.