Türkiyənin müdafiə naziri Suriya ərazisinə girəcəklərini bəyan edib
16 Mart 2014 15:15 (UTC+04:00)
Türkiyə Süleyman Şahın məqbərəsini mümkün
hücumlardan qoruyacaq. ANS PRESS-in məlumatına görə, bu barədə
Türkiyənin müdafiə naziri İsmət Yılmaz bəyan edib.
Məqbərə və onun ətrafı Suriya ərazisindəki olan
türk anklavıdır və bir neçə türk hərbçiləri onu
qoruyur.
Hazırda məqbərə yerləşən kənd "Əl-Qaidə" ilə bağlı
olan "İraq və Levantın İslam dövləti" (İLİD) qruplaşmasının
yaraqlıların əlinə keçib.
Türkiyənin müdafiə naziri, "Türbənin ətrafında
təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlər
görülüb", - deyərək Süleyman Şahın məqbərəsini mümkün hücumlardan
qoruyacaqlarını bildirib.