Hüseyn Dəryanın övladları danışdı (FOTO)

16 Mart 2014 15:22 (UTC+04:00)
Hüseyn Dəryanın birinci həyat yoldaşı Seva musahibəsi zamani bildirib ki, bu gecə elə bil Huseyin yanımdaydı. Bütün gecəni yata bilməmişəm, Hüseyin yanıma gəlmişdi, oturmuşdu yanımda. Mənə ele gəlirdi ki, hətta toxunurdu da mənə". 

Bundan elavə olaraq bildirib ki, onların ayrılmaqlarına ailələr səbəb olub, icazə verməyiblər xoşbəxt olmaqlarına. Ətrafdan da araqatanlar cox olub: "Ayrılmağımıza baxmayaraq biz onunla dost qalmışdıq, Bakıda olanda bizə gəlirdi, bizi götürürdü gəzməyə aparırdı. Qızının adınıda özü qoyub, nəfəs alırdi qızı ilə...".

Huseyn Dəryanın övladları danışdı. Atasını son mənzilə yola salan balaca Cahangir Muradov hisslərini belə bölüşdü: "Atamı çox istəyirdim, o da məni çox istəyirdi. Atam hər zaman yanımda olacaq". 

Qızı Ayşə Muradova bir daaha üzünü görməyəcəyi atası ilə bağlı xatirələrini bizimlə bölüşdü: "Mən nə istəyirdimsə, atam onu eləyirdi mənim üçün. Gəzməyə aparırdı məni, oynayırdıq bir yerdə, pul verirdi mənə, paltar alırdı, çox gəzməklərə aparırdı məni". 

Qeyd edək ki, Huseyn Dəryanın qəza keçirdiyi avtomobilindən tapılan pul kisəsinin icində atasının və qızı Ayşənin fotoları olub.