Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ad gününü qeyd edir

16 Mart 2014 15:22 (UTC+04:00)

Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 51 yaşı tamam olur. Movqe.az-ın məlumatına görə, E. Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E. Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E. Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisinin sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.

E. Sultanov 2008-ci ildən Respublika Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik edir. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.