Qaxda ölümlə nəticələnən yol qəzası baş verib

16 Mart 2014 16:07 (UTC+04:00)

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 102-ci kilometrliyində Qax rayonunun Tasmalı kəndi ərazisində şənbə günü yol qəza hadisəsi qeydə alınıb. Hadisə zamanı 1965-ci il təvəllüdlü Laçın rayonunun Ərikli kəndindən məcburi köçkün olan və Qax rayonu Şıxlar kəndində yaşayan Abdullayev Nazim Azay oğlu idarə etdiyi 10-ZR-558 dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillə Zaqatala istiqamətində hərəkətdə olarkən, hələlik şəxsiyyəti bəlli olmayan 40-45 yaşlarında bir piyada qadını vurub. Zərbənin gücündən xəsarət alan şəxs elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən şəxs daha sonra öz avtomobili ilə dünyasını dəyişmiş şəxsi Zaqatala Rayon mərkəzi xəstəxanasına aparıb. Sürücünün sözlərinə əsasən vurulan şəxs avtomobil yolu ilə hərəkət edib və qarşıdan gələn avtomobilin işıqları onun gözlərinin qamaşdırdığından o qadını görməyib. Həmçinin sürücünün sözlərinə əsasən o orta sürətlə hərəkət edib.