Kosmosa daha bir peyk göndəriləcək

17 İyun 2012 11:32 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çinin bu il içərisində insan olan Şincou-9 peykini orbitə göndərəcəyi bildirilib. Hazırda Çinin şimal-qərbində yerləşən peykdə 3 nəfər çinlinin olacağı deyilib. Şincou-9 peyki Çinin 2020-ci ilə qədər kosmosda inşa etməyi planlanlaşdırdığı böyük kosmos stansiyası layihəsinə daxildir.

Xatırladaq ki, 2003-cü ildən bu yana kosmos proqramı layihəsini icra edən Çin ABŞ və Rusiyadan sonra kosmosa içərisində insan olan peyk vasitəsi göndərən 3-cü ölkə olub.