Krım tatarları dünya müsəlmanlarından kömək istədilər
16 Mart 2014 17:17 (UTC+04:00)
Krım tatarları İslam Əməkdaşlıq Təşkilatına
müraciət ünvanlayıblar. ANS PRESS-in məlumatına görə, Krım
tatarları məclisinin üzvləri İƏT-in birinci katibi İyadu Bin Aminə
Madaniyə məktub ünvanlayıblar.
Məktub Məclisin saytında dərc
olunub:
"Krım tatarları XX əsr ortasında SSRİ-inin
kommunist rejimi tərəfindən soyqırıma məruz qaldı. Onlar yeni
faciəni yaşamağa risk edirlər. Sizdən xahiş edirik ki öz nüfuzdan
istifadə edərək böhranın həli yolarını axtarıb tapasınız. Sizi
dünya və ədalət naminə qətiyyətli olmağa çağırırıq, Krımda yaşayan
yüzlərlə minlərlə insanın həyatını qoruyun".
Qeyd edək ki, İƏT-in tərkibinə 57 islam dövləti
daxildir.