Hüseyn Dəryanın ölümündə həkimlərin səhlənkarlığı- Dəfndən video

17 Mart 2014 10:48 (UTC+04:00)

Martın 15-də avtomobil qəzası keçirərək, dünyasını dəyişən reper Hüseyn Dəryanın  dəfn mərasimi baş tutub. Sağlığında "narkoman"dı deyən şou əhlinin əksəri dəfn mərasiminə gedib. Mövqe.az xəbər verir ki, sənətçinin ilk həyat yoldaşının anası "Onlar" verilişinə müsahibə verib. O, H.Dəryanın yaxşı insan olduğunu deyərək, göz yaşları töküb: 

"Həkimlərin səhlənkarlığından oldu. Hüseyn yaxşı insan idi. Baxmayaraq ki, qızımdan ayrılmışdı onu çox istəyirdim. Bu ona yaraşmayan ölüm oldu. Tez-tez gəlirdi, qızını çox istədiyini deyirdi".

Reperin həyat yoldaşı Sona isə bunları deyib: "Qaraciyəri partlayıb, həkimlər bilməyib. Heç əməliyyata götürmürdülər, dostu mübahisə edəndən sonra əməliyyat etdilər. Oğlunu görmək istəyib, gətirdim. Amma çata bilmədim. Cahangiri içəri buraxmadılar. Getdi canını qurtardı. Onun həyat tərzini, yaşayışını bilmirdiz".