Mirşahindən Elgizin verilişini tənqid edənlərə sərt reaksiya- Video

17 Mart 2014 10:51 (UTC+04:00)

Mirşahin Ağayev dünən "Hesabat"da son günlər "Ümid var" verilişinin başlanmasına və ANS-də yayımlanan "Adam içində" proqramının bağlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.  Mirşahinin özəlliklə də, MTRŞ-ni tənqid etdiyi sözügedən proqramı anspress-ə istinadən təqdim edirik: Bu dəqiqələrdə bütün dünyanın diqqəti Ukraynaya, daha doğrusu Krıma yönəlsə də mən birbaşa televiziyalarımıza aid olan, hər birimizə toxunan məsələdən başlamaq istəyirəm. Ukrayna qaçmır ki. Elə Krım da. Amma bizim verilişlər qaçır. Çünki onları qovurlar. Kim? Və niyə? Son zamanlar tez-tez eşitdiyimiz bir mürəkkəb söz birləşməsi var. Doğrudan mürəkkəb. Qatı və hər birimizi asanlıqla bulaşdıran mürəkkəb. Əslində milli mənəvi dəyərlər tam konkret bir sistemdir. Bura daxildir, millətə məxsus bayraq, gerb, himn, ana dili, vətəndaşlıq, dövlət sərhədi, milli valyuta. Təxminən bu qədər. Mənəvi dəyərin isə milliisi, milsizi olmur. Bu halallıqdır, vicdanlılıqdır, imandır, doğruculluqdur. Niderdandda da belədir, Kanadada da, Azərbaycanda da, Tehranda da. Yəni bura yaşlı girəndə ayağa durmadın, uşağını atanın yanında qucağına aldın, yaxud da böyüyün üzünə ağ oldun tipli səthi xüsusiyyətlərin inkişafdan qalaraq oturuşmuş Allah bilir hardan qaynaqlanan nimdaş stereotipləri daxill deyil. Ağsaqqallıq, ağbirçəklik institutu aradan çıxmaqdadır və bunun səbəbi heç də "Adam İçində", "Ümid var", "Səni axtarıram" deyil. Səbəb ağsaqqallığın ağsaqqallar, ağbirçəkliyin ağbirçəklərlə birlikdə dünyadan getməsidir. 


Mənəvi dəyər dəyməz


Amma Mirzə Cəlil və Mirzə Ələkbər Sabirin işi elə ağsaqqalları və ağbirçəkləri tərbiyə etməkdən ibarət idi də. Hophopnamə-yə baxın və hamamda yatan ağsaqqallarımızdan feyziyab olun. Və ya çatladı Xanbacı qəmdən ürəyim deyən ağbirçəklərimizdən. Və kim mənə zəmanət verə bilər ki, bu günkü ağsaqqallarımız və ağbirçəklərimiz Mirzə Cəlilin və Mirzə Sabirin ruhunun yeri üçün burnumuzun ucunu göynətmir. Təsəvür edin də, indi Sabir durub hansısa rüşvətxor xoşqeyrəti tənqid etməyəydi ki, böyüyün üzünə ağ olmazlar. Ya da mən nə vaxtsa böyük yazıçı olmuş, sonra da elə ikiqat - üçqat balacalaşaraq boyu bərabərinə alçalmış Əkrəm Əylisliyə toxunmayım... Deməli məsələ heç də milli və mənəvi dəyərlərdə deyil, onların calaq edilmiş, heç Milli Miçurinlərimizin özünə də düz əməlli məlum olmayan Milli-mənəvi olaraq defislənmiş məzmunundadır. Bu isə dəyər deyil, sadəcə soxulcandır, çörək qırıntısı, qurddur… Balıq tutmaq üçün istifadə olunan vasitədir, hiylədir. Bu gün onun taxıldığı qarmaq asanlıqla kiminsə ağzına ilişdirilir. İndi isə bir az da konkret olaq. Cənablar, daha doğrusu yoldaşlar! Biz milli dəyərə - bayrağa, gerbə, himnə, ana dilimizə, dövlət sərhəddimizə, milli valyutamıza ehtiramla yanaşırıq, Mənəvi dəyəri- halallığı, imanı və doğruculluğu təbliğ edirik. Onlara düzlənirik. Milli Mənəvi dəyər müfəttişləri isə elə həmin o defislə millini mənəvidən ayırırlar.


Son zamanlar pristup kimi gah tutan, gah da buraxan, yalnız Azərbaycana məxsus keçmişpərəstlikdən danışaq. Sanki bizi gələcəyə yox keçmişə hazırlayırlar. Tezliklə yəqin belə demək lazım gələcək: uşaqlar bizim keçmişimizdir. Özü də bunu ANS-ə deyirlər. O xəbər məmilərinə ki, vicdanlılığı, dəqiqliyi, qərəzsizliyi, AZƏRBAYCANDA informasiyanın kəlmeyi şəhadətinə çevirib. Ağır, qanlı-qadalı yollardan keçmişik. Müharibələr… Qarabağ, Əfqanıstan, Çeçenistan, Gürcüstan, Misir, Liviya, Suriya…


Bu Dövlətimizin yolunda dayanacaq kimi dəyişdiyi çevrilişlərdən keçmişik. İnqilablar yaşamışıq. Biz toyunda dava düşmüş şadlıq saraylarının vestibullərinə qaynar nöqtə kimi baxmamışıq. Dost itirmişik, qardaş itirmişik… indi bir təşkilat yaradıb qürrələnən bəzilərindən fərqli olaraq bu dövlətin uğrunda canımızı qanımızı həyatımızı vermişik. Və ona görə vermişik onun bir vətəndaşı millət vəkili olsun, biri nazir, biri əsgər, biri jurnalist… biri həbsxana nəzarətçisi.. ANS kabinetlərdə yox, səngərlərdə yaranıb. Və əgər bu gün Milli dəyərlər varsa, mənəvi dəyərlər varsa onun yaranmasında elə ANS iştirak edib. O döyüşlərdə axan Qanı göstərməklə, bayrağımızın rənginə qırmızı, türkçülüyü aşılmaqla mavi, dinimizi uca tumaqla yaşıl qatıb. Və əgər biz bu gün cəmiyyətə Adam içində, Toy Olsun təqdim ediriksə, deməli bizim hansısa bir məqsədimiz var və bu məqsəd böyük ideyaların təbliğində ola bilsin ki, kiçk bir taktiki gedişdir. Bəlkə də dərmanın üzünə yaxdığımız şirin məhluldur kimi, xəstə acısını duymasın, ekranın qarşısında qalsın ki, xəbərə baxsın. Marşa baxsın… 


Bu gün cəmiyyətdə efirin və mətbuatın sovet kraxmalı üçün qəribsəyənlər var. Bəs biz Avropaya qovuşmuruq, Amma formaca avropalı, məzmunca asiyalı omaq mümkün deyil. Bizi heç kim zorla avropalı olmağa məcbur etməyib ki… Xoşumuza gəlmirsə qayıdaq kəndimizə. Yenə də qızlarımızı soruşmadan ərə verək. oğlanlarımızı oxumağa əlif zəbər bey zəbər bə - ardınca göndərək. Noxud üstündə oturdaq? Əziz ideoeologiya xətkeşləri, sayılıb seçilən günlərdə, sınaq şüşəsinə çevirdiyniz ekranın yuxarı başına Heydər Əliyevin şəkllini elə ANS çıxarıb ki.... Zəlzələdə yer ayağınızın altından qaçanda ANS başına torpaq tökülsə də camaatın daxili sabitliyinizi qoruyub. Sizə elə gəlmirmi iftrata varırsınız? Mozakialanmış kadrların bizim Milli mentalitetimizi pozduğunu güman edirik, bəs fiqurlu konkisünmə, balet, bədii gimnastika… Bəlkə qadağan edək Türkmənistandakı kimi. 


Heydər Əliyev senzuranı ona görə ləğv etməmişdi ki...


Heydər Əliyev senzuranı ona görə ləğv etməmişdi ki, bu gün bir başqa ad altında hansısa məmur onu bərpa etmək iddiasına düşsün. Senzuranı aradan o qaldırdı. Prezident İlham Əliyev isə mətbuatın, medianın sərbəts fəaliyyəti üçün əlindən gələni edir. Onlarla şəxsən görüşür, onları qəbul edir, Hətta jurnlistlərə ev də tikdirir. Dövlət başçısı jurnalistləri qəbul edir. O bir dost kimi bizim yanımızdadır. Xəstələnəndə belə ona üz tuturuq. Məhz yuxarıdan başlanan səmimiyyət ən adi, sosial statusuna görə kiçik insanı belə ürəkli olmağa vadar edir. 


Buna görə indi insanlar kamera qarşısına, mışdırlar-mişdirlər deyən köhnə adamlardan fərqli olaraq daha səmimi çıxırlar. Onlar rahatca öz dərdlərini televiziyalara, amma televiziyalar vasitəsilə də elə özlərinə, xalqa etibar edirsə bunun nəyi pisdir ki? Bu gün cəmiyyətdə nə daha böyük bəladır: korrupsiya, rüşvət, haram yemək, dövlət məmurunun az maaşa milyonçu məhəlləsi yaratması, hərbi xidmətdə özünü asan əsgərin ölümündən əvvəl evə kormandirinə mütləq kontur göndər, yoxsa mənə pis olacaq sms-i? Məncə ritorik sual oldu. Amma biz şəffaf cəmiyyətdən danışırıqsa, xalqın verəcəyi, bəlkə də öz tarixi keçmişinə öyrəşdiyi adət ənənələrə zidd məlumat verəcəyinə hazır olmalıyıq. Vətəndaş tutaq ki, hansısa əcnəbi futbolçunun ayağına Azərbaycanda qoyulan və gizli saxlanan fantastik qiyməti öyrənə bilmir, amma heç olmasa kiminsə qapısı arxasında baş verənlərlə bu aclığının gözünü doyurmaq istəyir. Televiziyada olan belə verilişləri bağlamaq hasarlarla xaricilərdən ətrafı gizlətməyə çalışmaq kimi bir şeydir Onsuz da əcnəbi barının, hasarın o tərəfinə keçəcək. Bu gün Milli mənəvi dəyərlər sadəcə spekulyasiya üçün əlyeri olub. Axı kimdir Azərbaycanda Milli mənəvi dəyərləri müəyyənləşdirənlər. Bu Milli mənəvi dəyərləri müəyyənləşdirən adamın özünün hansı Milli mənəvi dəyərləri var. Belə bir etalon varsa buyurun göstərin. Məsələn deyin ki, İmadədin Nəsimi və ya Nizami Gəncəvi zühur edib və gəlib bizə Milli Televiziya və Radio Şurasının binasında bü mövzuda mühazirə oxuyacaq. Məgər hansısa Məmmədağa Milli mənəvi dəyərlərə Mirşahindən artıq sadiqdir. Kimdi axı o bu Məmmədağa ??? Bağışlayın, amma mənə elə gəlir ki, Milli mənəvi dəyərlər haqında danışmağa cəsarət tapmağın özü mənəviyyatdan kənardır. Bəli xaricdə mənəviyyat polisi var. Amma onlar televiziya ilə yox küçələrdə, məsələn fahişələrlə mübarizə aparırlar. Və onlar həmin qüsurları və ayıb yerləri məhz televiziyada görüb mübarizə aparmağa gedirlər. Televiziya bu halda yardımçı olur. Çünki hər bir insanın yanında polis qoymaq mümkün olmaz. Televiziya isə bütün cəmiyyətdəki çirkinlikləri göstərir. Və onu göstərəndə də bir məqsədi olur. Birincisi xalq görsün ki, nə yaxşıdır, nə pis və pisi təkrar etməsin. İkincisi isə televiziyaya baxan məmurlara birbaşa vəzifələrini yerinə yetirmək üçün məlumat mənbəyi rolunu oynayır. Yəni baxsın, görsün və gördüyü problemidə gedib həll etsin.


Qəribə bir vəziyyətlə üzləşmişik. Məmur tələb edir ki, onun dediyini və quraşdırdığı heç bir təbii qanunauyğunluqla uzlaşmayan psevdoqaydalarını yerinə yetirək. Amma ANS-in tarixi sübut edir ki, məmurların tapşırığını yerinə yetirməmək də olar. Və bu bir çox hallarda dövlətə fayda gətirir. 


Sizə bir misal gətirim. Məsələn Ayaz Mütəllibov 1991-ci ildə Heydər Əliyevi göstərməyi qadağan etmişdi. Amma ANS göstərdi. Məmur iradəsinin əleyhinə olaraq. Millət həqiqəti gördü və bu həqiqətin ardınca getdi.


1991-ci ildə məmur bar-bağırdı ki, helikopter dumana düşüb qayaya dəyib qəzaya uğrayıb. ANS məmurun dediyini demədi, düzünü göstərdi. Millət gördü ki, həqiqəti duman arxasında saxlamaq olmaz. 


1992-ci ilin fevralında məmur and - aman etdi ki, Xocalıda iki nəfər ölüb və hamı şəhərin müdafiəsinə qalxıb. Çingiz Mustafayev məmurun dediklərini yox, gördüklərini, çəkdiklərini göstərdi. Xalq hər şeyi gördü. 


1992-ci ilin 8 mayında dövlət məmuru ANS-ə Şuşanın işğal xəbərini verməyi qadağan etdi. Yalandan dedi ki, Şuşa hələ bizdədir. Amma biz məmuru yox, həqiqəti üstün tutduq. Və millət doğrunu bizdən gördü. 


Bütün bunları deməkdə məqsədim odur ki, hər kəs öz işi iplə məşğl olmalıdı. Biz nəyisə göstərirsə demək o var. Və bu gün sosial problemləri, məişət qayğıları ilə ANS-ə üz tutan insanlar da var, onları göstərmək bizim işimizdir. 


Televiziya güzgüdür. Biz Lütfizadəni də göstəririk. Tahir Salahovu da. Heydər Əliyevi də göstəririk. Çingiz Aytmatovu da Rastropoviçi də. Amma kiçik adamları da biz özümüz yaratmamışıq. Ona görə də doğma Rüstəm dayılarımızla işləyirik. Xəstə rentgen aparatından lüt görünə bilmək təhlükəsinə görə imtina etməməlidir. Tutaq ki, biz bu insanları göstərmədik, onlar mövcud olmaqlarını dondururlar, öz qızına satamşaq istəyən ata sakit dayanacaq, yoxsa öz anasını döyməyə tolazlanmış biqeyrət övlad əllərini peşimançılıqla yanına salacaq. Əksinə indi məhz Adam içindələrin sayəsində ictimai xof var. Bu verilişlər olmasa, məni sabah bütün ölkədə biabır edərlər xofu işləməyəck. O insanların əli-qolu açılacaq. Onları göstərən tribuna olmayacaq. Qapazaltılar isə yenə də öz işgəncəli həyatlarını sürəcəklr. Sürüyəcəklər. Bax budur əsas məsələ. Biz kimə işləyirik. Biz gözümüzü yumsaq, onlar yox olacaq? Əlbəttə ki, yox. Biz o insanların əlinə işləməli olacağıq ki, anaya qalxır, qızınan alt paltarına uzanır, atasını döyür, bacısını küçəyə itələyir… Mən sizə dünyada onlarla veriliş göstərə bilərəm ki, orda biz, teleməmur dostlarımızı şoka salan epizodlar görə bilərik… Türkiyədə də, Britaniyada da… ABŞ-da da belədir. Biz inkişaf etməyi o dövlətlərdən öyrəniriksə, şəffaf olmaq istəyiriksə xalqın hökumtə göstərdiyi nümunəni düz anlamalıyq. Hökumət də xalq kimi açıq olmağa meylli olmalıdır. 


Bu gün artıq bizə baxmırlar!!! Ona görə ki, camaata onun baxmaq istədiyini göstərmək lazımdır! Ona görə ki, insanlar daha dırmaşenko lətifəsinə gülmürlər, Möhsüm yaralanmışdır bir bax ürəyi qandır! Kimi dayaz replikalara, şoğərib əlimə yapışıba gülmür, eləcə də SANQAM-a ağlamır, onlara bu gün Elgiz, Zaur, Xoşqədəm, Alın yazısı lazımdır.


Biz evimizi qorumalıyıq


Ağsaqqallar isə artıq uduzub. Müharibədə, inqilabda, öz yerlərini. Bir çevriliş baş verib. Bu məğlubiyyəti isə Ümid Varın ayağına yazmayaq. Dünya okeanında şirin sudan ibarət muxtar gölməçə - gölməçə salmaq olmur. İndi heç bir informasiyanın qarşısını almaq mümkün deyil. İnternet var. Sosial şəbəkə var.. Biz tez - tez Azərbaycanın ərazi bütövlüyündən danışırıq. Filankəs tanıdı. Filankəs tanıyacaq deyirik. Bəs vətəndaşı qoruya bilirik? Tutaq ki, məmurlarının zövqünü oxşamayan, sadə camaatın xoşuna gəlməyən bir veriliş bağlandı. Bəs onun tamaşaçısı necə olsun? Doğrudanmı o başlayacaq avtomatik olaraq marş verilişinə və ya Az. tV-nin Mən Azərbaycanlıyam oyun şousuna baxmağa? Oyununuz olsun. Yox əlbəttə. Həmin tamaşaçı azmış durna balası tək başlayacaq başqa kanala, öz karvanını axtarmağa. Daha bu artıq başqa söhbətin mövzusudur ki, onun tapdığı veriliş hansısa xarici ölkənin televiziyasına məxsusdur. 


Azərbaycan bu gün ilk dəfə ona nail olub ki, bizdə seçim var. Kim hansı kanalı istəyir ona da baxa bilir. Amma məmurlar var ki, istərdi bütün kanallara o baxsın və sonda deyə bilsin bütün televiziyalar mənə baxır… 


Əcnəbi tele kanallar güclü siyasi vasitədir. Bu vasitə ilə Azərbaycanın evləri mənzilləri işğal oluna bilər və olunmaqdadır. Minlərlə, yüz minlərlə mənzil var ki, oranı artıq yadelli kanallar işğal edib. Azərbaycan tamaşaçısını tutub saxlayan 2 cüt bir tək verilişin üzərində isə görün nə qədər qara kölgə hərlənir. Ümid sonuncu ölür deyərdik. İndi əvvəldə ölür və tamaşaçı qaçır qonşu kanala ki, bəlkə orda ümid yeri var… Biz hara gedirik, qardaşlar??? 70-ci illərin diktor televiziyasına? Niyə? Bəlkə mentalitet, Milli mənəvi dəyərlər söhbəti deyil heç. Bələ sadəcə birbaşa efirdən, sərbəst söhbətlən, sərbəst düşüncə tərzindən qorxuruq. Niyə? Axı prezident bizim dostumuzdur? Bunu bilirik! Hamı bilir! Bəs o qüvvələrin dostu kimdir? 


Biz evimizi qorumalıyıq. Azərbaycan tamaşaçısı qoy yaxşısı budur ki, saatlarla oturub hansısa rayonun adi insanının uğradığı sosial, mənəvi, maddi qəzaya, onun aradan aldırılması üçün var gücü ilə çalışan xalq ekspertlərinə baxsın, nəinki eyni işi görən Rusiya, Türkiyə, İran kanalına… Dövlət Sərhəd Xidmətinin sayəsində sərhədlərimiz pozulmur. Amma bu yalnız bir sərhəddir. Bəs mənəvi sərhədlərimiz. Məncə ciddi söhbətin üstünə çıxdıq. Bu sərhəddi pozaraq evimizə, balarımızın beyninə soxulan o qədər pozucu, xəfiyyə var ki…Bax elə bizim də bayaq qeyd etdiyimiz məqsəd nə yolla olur olsun tamaşaçımızı televiziyamıza qaytarmaqdır… Bu baş verəndə isə cəza alırıq, cərimələnirik… 


Azərbaycan tamaşasısı bu gün başqa kanallara vərdiş dir. Vərdişi isə tərgitmək çox vaxt mümkün olmur. 


Milli Televiziya və Radio Şurası yarananda sevindik. Prezidentə təşəkür etdik. Düşündük ki, telviziyaların problemlərini həll etməyə kömək edən bir hami, əsl dost tapacağıq. Bu qurum bizim ümid yerimiz olacaq. Amma... 


Bu ammanı bir kənara qoyub iki-üç sual vermək istəyirəm. Elə hamımıza. 


Şura yaranandan bəri hansısa mötəbər bir seminarlar, treninqlər keçiribmi? 


Ən yaxşı müxbirlərin, ən yaxşı operatorların müəyənləşdirilməsi üçün hər hansı tədbir keçiribmi? 


Dünyanın hansı tanınmış telejurnalisti ilə bir görüş keçirib? 


İki il əvvəl əfsanəvi telejurnalist Lari Kinq Bakıda olanda hamımız gözləyirdik ki, Televiziya Şuramız bu peşəkarla masetr klaslar təşkil edəcək. Ancaq ANS -in imkanı yalnız öz əməkdaşları ilə onun görüşünü təşkil etməyə çatdı. 


Biz mühazirələrə peşəkar Leyn Devisi dəvət edirik ki, aparıcılarımıza efir davranışından kurs keçsin. Məncə belə işlərlə Milli Televiziya və Radio Şurası məşğul olmalıdır. Televiziyaların koordinasiya mərkəzi kimi. 


ANS-i Avpropada həm də bu gözlənilməzliklərlə zəngin layihəsiinə görə tanıyırlar


Biz onlara özümüzünkülər kimi baxmaq istəyirik. Bizimkilər yalnız Adam İçində-kilər deyil. Yalnız televiziyanı ümid yeri bilib gələnlər deyil. Başqa bizimkilər də var. Bu bizimkilər Azərbaycanı dünyaya əsl biz kimi tanıdırlar. ANS-in layihəsi olan "Bizimkilər"də iştirak edən insanlar dünyanın Ən məşhr musiqi nümunələrini necə deyərlər ruhumuzun dilinə çevirib ifa edirlər. Azərbaycan nümayiş etdirir ki, onu yalnız neftinə və qazına görə yox, sənətinə, dünya incəsənətinə taybatay açıqlılıına görə də tanımaq olar. Fərqanə Qasımovanın hicabı onun Maykl Ceksonla ruhi inteqrasiyasına mane olmur. Bu bir Azərbaycan layihəsidir. ANS-i Avpropada həm də bu gözlənilməzliklərlə zəngin layihəsiinə görə tanıyırlar, Pink Floyd-dan məşhur Divar və onun azərbaycansayağı ifası… Bu layihənin fəlsəfəsi Milli mənəvi dəyərlərin beynəlxalq ölçülərdə təqdim olunmasıdır. Adam içinə biz həm də belə çıxırıq. Yer Kürəsinin adamının içinə.