Bakıda hava dəyişkən buludlu olacaq

17 Mart 2014 10:55 (UTC+04:00)

Bu gün Bakıda hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a bildiriblər ki, Bakı və Abşeron yarımadasında martın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir.  Abşeron yarımadasında havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 23 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacağı ehtimalı vardır. Azərbaycanın rayonlarında da martın 17-də gecə və səhər havanın əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Temperaturun gecə 2-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperaturun gecə 3-8 dərəcə isti, gündüz 14-19 dərəcə, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı ehtimalı vardır.