Azərbaycanı “Eurovision-2014”-də təmsil edəcək mahnı müəyyən olundu

17 Mart 2014 10:52 (UTC+04:00)

Azərbaycanı "Eurovision-2014" mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımova "Start a Fire" mahnısını ifa edəcək.


Movqe.az-ın məlumatında görə, D.Kazımova qeyd edib ki, mahnı təkcə məhəbbət yox, həm də mərhəmət və insanlıq haqqındadır.  

 

"Start a Fire" mahnısının müəllifləri Yohann Kronland, Allessandr Qutxardt və Stefan Örndür.

 

Qeyd edək ki, Stefan Örn "Eurovision-2011"in qalib mahnısı "Running Scared"in müəlliflərindəndir.