Aygün Kazımova və Röya Ayxan birləşdi - VİDEO

17 Mart 2014 11:00 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxanın bu dəfə sözləri üst-üstə gəlib. Mövqe.az xəbər verir ki, hər iki ulduz birləşərək müğənni-bəstəkar Ramal İsrafilovu tənqid atəşinə tutub. Ramal İsrafilovun Röya Ayxana və Aygün Kazımovaya verdiyi mahnıları sonradan özünün ifa etməsi ona baha başa gəlib. Ramala yönləndirilən cavablar heç də ürəkaçan olmayıb. Beləki, müğənni Röya Ayxan " Balaca uşaqlar mənə söz deməsin", Aygün Kazımovanın isə " Ramal bir də çaşma" deməsinə hələlik ki, Ramal İsrafilovdan cavab gəlməyib.