Apple məhsullarının istehsalında zəhərli maddələr istifadə olunur!

17 Mart 2014 11:25 (UTC+04:00)

Başda iPhonela, bütün Apple məhsullarına boykot çağırışı edilib. 


Movqe.Az xəbər verir ki, ABŞ-ın məşhur ətraf-mühit təşkilatı Green Group, insanları Apple-ın bütün məhsullarını boykot etməyə çağırıb. 


Applenin istehsal mərhələsində toksik maddələr istifadə etdiyini və bunların həm işçilərinə həm də ətraf mühitə böyük zərər verdiyini söyləyən ətraf-mühit mühafizəçiləri insanları Apple məhsullarını satın almamağa dəvət edib. 


İstehsal zəncirində benzol və n-hexen maddələrinin istifadə olunduğunu söyləyən əraf mühit təşkilatı Apple-a bu maddələri istifadə etməməsini söyləyib.


ABŞ-da Çinli işçilərin problemlərini izləyən "China Labor Watch" adlı qeyri-hökumət təşkilatı da kampaniyaya dəstək verdiyini açıqlayıb, lakin boykota ehtiyac olmadığını vurğulayıb.