Aşıq Samirənin 2-ci həyat yoldaşından ayrılma səbəbi bəlli oldu
17 Mart 2014 12:18 (UTC+04:00)
Hər həftənin bazar günü bir məşhurun evində qonaqlıq təşkil edən
jurnalist Tahirə Məmmədqızı bu dəfə də təzəlikcə əməkdar artist
fəxri adına laiq görülən aşıq Samirənin evində qonaq olub. Mövqe.az
xəbər verir ki, hər iki həyat yoldaşından ayrılan Samirə ürəyini
"Qonaqlıq"da açıb. Aşığın rəfiqəsi Samirənin ikinci həyat yoldaşı
Rizvandan ayrılmasında səbəb kimi qara qüvvələrin rolunu açıqlayıb
: " Bu ailə sevgi üzərində qurulub. Və o sevgi hələ də var. Mən
əminəm ki, bu ailə yenidən birləşəcək". Samirə özü isə hər şeyi
qismət adlandırıb : "Mən sevmişəm və sevilmişəm. Bunu əminliklə
deyirəm. Biz ayrılsaq da, o demək deyil ki, sevgi yoxdur.
Xeyr! Hər ikimizin səhvi oldu. Bu boşanmada hər ikimiz günahkarıq.
Təxmini 5-6 ay olar ayrılmışıq. Məni qınayanlara demək istəyirəm
ki, bu ailəni qurmamışdıq ki, dağıdaq. Bəlkə də sevgimiz gözümüzü
kor etmişdi. Ailə qurandan sonra isə anladıq ki, baxışlarımız,
dünyagörüşümüz fərqli idi".
Xatırladaq ki, "Qonaqlıq" verlişi hər həftənin bazar günü
saat 09:45 -də "Space" telekanalında tanınmış
jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanır.
Verlişin informasiya dəstəyi Mövqe.az
saytına aiddir.