Bəs Krım tatarlarının aqibəti necə olacaq?

17 Mart 2014 12:48 (UTC+04:00)

Krım Tatar Milli Məclisin sədri Refat Çubarov , BBC-yə verdiyi şərhdə bölgənin Rus idarəsinə girməsi vəziyyətində Krım xalqının sürgün edilmə ehtimalının olduğunu söyləyib

.

Krımda 93 faiz səs nisbətiylə Rusiyaya daxil olmağın qəbul edildiyi referendumun qeyri-qanuni olduğunu bildirən Çubarov , "referendum Ukrayna qanunlarına ziddir və Rus əsgərlərinin Krıma girdiyi bir vəziyyətdə , əsgərlərin nəzarəti altında keçirilir" deyib.

Referendumun elan edilməsinin ardınca səs verməyə gəlməyəcəklərini açıqlayan Krım Tatarları beynəlxalq cəmiyyətə , böhrana sülh yoluyla həll tapılması çağırışını etmişdi.


Krım Tatarları , Sovet lideri Josef Stalin tərəfindən Nazilər dəstək verdikləri gerekçesiyle1944 -ci ildə Orta Asiyaya sürgün edilmiş, köç əsnasında Tatar əhalinin əhəmiyyətli birhissəsi ölmüşdü.

Ölkələrinə 1989-cu ildən sonra dönməyə başlaya bilən Krım Tatarları ,  bölgə əhalisinin təxminən 13-ni təşkil edir.


Referendumun bir " rəsmiyyət " olması fikrini müdafiə edən Çubarov , Krımın gələcəyi baxımından son dərəcə əhəmiyyətli qərarları özü ilə gətirəcək bir referendumun 10 gün ərzində açıqlanıb tətbiq edilməsini tənqid edib.

Kırımlı Tatar liderinə görə , Krımdakı referendum , "Həqiqi bir referendum " deyil. "Rus əsgərlərinin kölgəsində edilən bir referendum idi . "

Krımın Rusiyaya qatılması vəziyyətindəki qayğılarını da dilə gətirən Çubarov , məqsədlərinin böyük provokasiyalarıa maneə törətmək olduğunu , "Hər hansı bir etnik qarşıdurmanı qarşısını almağa çalışdıqlarını " da söyləyib.