İdmanla məşğul olmaq qripin qarşısını alır

17 Mart 2014 13:30 (UTC+04:00)

Həftədə bir saat yarım və ya iki saat idmanla məşğul olmaq qripə yoluxmağın  qarşısını alır. Bu haqda Movqe.Az BBC-ə istinad edir. Gigiyena və Tropik Tibb London Məktəbinin tədqiqatçılarınmın  "Online Flu" vasitəsilə apardığı araşdırmada təxminən 4800 insan iştirak edib. Qripə tutulma dərəcəsinin bu il aşağı olduğu müəyyən edilib. Tədqiqatçılar aşkar edib ki, qaçış, velosiped sürmək kimi idman növləriylə davamlı məşğul olan hər 1000 insandan cəmi 100-də qrip olub.