Bu gün Xristian dünyasının bayramıdır-FOTOLAR

17 Mart 2014 14:54 (UTC+04:00)

İrlandiya xalqı hər il bu gün ənənəvi bayramları olan Əziz Patrik gününü qeyd edir.

Əziz Patrik Günü, Müqəddəs Padinin günü və ya Paddilərin günü (Uelscə: La 'le Pádraig or La Fhéile Pádraig) olaraq da adlandırılır, İrlandiyalı din xadimi  Patrikin (385-461) adına qeyd olunan festival "Padraig" sözündən törəmişdir və İrlandalılardan bəhs edərkən də istifadə edilir. Patrikin öldüyü 17 Mart tarixindən qeyd olunur. Irlandiyalıların milli günü olan 17 Martda, başda İrlandiya Respublikası və Şimali İrlandiya olmaqla bəzi ölkələrdə tətil elan edilir. Dünyanın bir çox ölkəsində fəaliyyətlərlə qeyd olunan bu gün katolik kilsəsi üçün müqəddəs bir gündür. Müqəddəs Patrik günü təkcə İrlandiyada deyil, İngiltərə, Kanada, ABŞ, Argentina və Yeni Zellandiyada da qeyd olunur.