İmtahana yazılış başladı

17 Mart 2014 14:59 (UTC+04:00)

Bu il Azərbaycan ali məktəblərə qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə kömək məqsədilə keçiriləcək sınaq imtahanlarına yazılış başlanır.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Movqe.az-a verilən xəbərə görə, aprel ayının 6-da və 13-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat mart ayının 27-dən etibarən aparılacaq. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını abituriyentlər bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərlər. Qeyd edək ki, sınaq imtahanlarına qeydiyyatla bağlı ilkin məlumatlar komissiyanın facebook səhifəsindən öyrənə biləcəklər.