Həftəsonunun "yol terroru"-9 ölü, 21 yaralı

17 Mart 2014 15:31 (UTC+04:00)

Novruz bayramı ərəfəsindəki axırıncı həftəsonu yollarda baş verən qəzalarda 9 nəfər ölüb. Daxili İşlər Nazirliyindən (DİN) Movqe.az-a verilən məlumata görə, martın 15-də və 16-da respublikanın avtomobil yollarında 16 yol qəzası qeydə alınıb. Hadisələr nəticəsində 9 nəfər ölüb, 21 nəfər yaralanıb. Belə ki, martın 15-də avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 5 nəfər yaralanıb. Martın 16-da isə ölkə üzrə avtomobil yollarında 8 yol qəzası qeydə alınıb. Baş vermiş qəzalar zamanı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.Statistik rəqəmlərdən görünür ki, son vaxtlra yollarda baş verən qəza hadisələrinin sayı günü-gündən artır. Yol hərəkəti pozuntularına qarşı cəzalar sərtəşdirilsə də, hələki effekt vermir. Ekspert Məzahir Rüstəmov Movqe.az -a açıqlamasında yol qəzalarının sayının artmasında sürücü naşılığının və yüksək sürət həddinin əsas səbəb olaraq qaldığını söyləyib: "Baş verən yol qəzalarının çoxunda səbəb kimi yüksək sürət həddi göstərilir. Bu bir daha təsdiqləyir ki, cərimələrin artması effekt vermir. Cəzaların sərtləşdirilməsi ilə yanaşı sürücülük hüququndan birdəfəlik məhrumetmə də tətbiq edilməlidir. Eyni zamanda sürücülük vəsiqələrinin verilməsi mexanizmlərinə dəyişiklliklər edilməlidir".