Bakı yollarında hərəkət məhdudlaşdırılacaq

17 İyun 2012 15:31 (UTC+04:00)
Bu gün saat 13:00-dan Neftçilər prospekti, Əziz Əliyev küçəsi kəsişməsində, Azadlıq meydanı istiqaməti, həmçinin Ü.Hacıbəyov küçəsi, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər prospekti, Azneft dairəsinədək avtomobil hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Buna səbəb isə paytaxtın bəzi yollarında Formula 1 idman şousunun Neftçilər prospektində və ona paralel küçələr istiqamətində start verilməsidir.

Bu haqda Movqe.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

"Saat 13:00-da şou başlayandan sonra, Azneft meydanı və Cavanşır körpüsündən qeyd edilən istiqamətlərdə avtomobil hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəişdiriləcək", - Vaqif Əsədov dedi.

Türkan Nadirqızı

Movqe.Az