Murdar olmuş broyler məhsulları satışa çıxarılır

17 Mart 2014 16:41 (UTC+04:00)

Bir müddət öncə broyler cücələrinin biri-birini yeməsi barədə məlumatlar yayılmışdı. Azada İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Movqe.az-a açıqlamasında buna broyler cücələrinin yemlənməsi zamanı gen dəyişikliyinin səbəb olduğunu bildirib. E. Hüseynov deyib ki, broyler toyuqlarının zərəri zaman-zaman müzakirə mövzusu olub: "Broyler cücələrinin yemlənməsində istifadə olunan soyaların GEMO məhsulları olduğu barədə məlumatlar var. Ola bilər ki, bu cücələrdə gen dəyişikliyinə səbəb olsun. Hər halda bu məsələ araşdırılmalıdır".

E. Hüseynov istehlakçıları broyler məhsulu alarkən diqqətli olmağa da çağırıb: "Broyler məhsulu aldıqda baytar nəzarəti olan müsəssisələrin məhsuluna üstünlük vermək lazımdır. Bir də görürsən bazara çəkisi az olan broyler toyuqları çıxarırlar. Belə quş ətləri murdar olmuş, yetişməmiş murdar olan toyuqlardır".