İş müraciətində 16 nəfər öldü

17 Mart 2014 17:08 (UTC+04:00)

Nigeriyada hökumətin açdığı 5 min nəfərlik iş elanına 65 min nəfər gəldiyi üçün stadionda izdiham yaşanıb. İzdihamda 16 nəfər dünyasını dəyişib. 


Movqe.Az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyində yerləşən xəbərə görə, Daxili İşlər Naziri Abba Moro 16 nəfərin "Səbirsizlikləri ucbatından həyatlarını itirdiyini" söyləyib.


Təhsil Haqqları Kampaniyası isə Təhsil Nazirliyini açılan məşğulluq sayından daha çox insanı iş müraciətinə çağırmaqda təqsirləndirib.