"Rusiya uduzacaq"

17 Mart 2014 17:51 (UTC+04:00)

Krım referendumu Rusiyanı təcrid edəcək. Ingo Mannteufel, Rusiyanın axtardığı qarşıdurmadan qalib çıxa bilməyəcəyi fikirini müdafiə edir. 

 

Movqe.Az xəbər verir ki, Kreml, Krımda referendum keçirməklə Ukrayna böhranını daha da qızışdırıb.


 Böyük əksəriyyətin Rusiya Federasiyasına daxil olmaq üçün səs verməsi fərq eləməz. Bunun tək səbəbi səsvermənin dövlətlər və konstitusiya hüququ baxımından sual işarələri yaratması deyil. Rusiya, Ukrayna Kanstitusiyasını pozmuş və bir çox beynəlxalq razılaşmaya zidd davranıb. Dövlət başçısı Putin ölkəsini apardığı təcridetmədən asan xilas ola bilməyəcək. Çünki onun təcavüzkar Ukrayna siyasəti Çin tərəfindən belə dəstəklənmir. 


Krım ixtilafında yalnız Suriya və Şimali Koreya Rusiyaya dəstək vermişdi.