NATO-dan Rusiyaya çağırış

17 Mart 2014 18:41 (UTC+04:00)

NATO , Ukraynaya bağlı Krım Muxtar Respublikasında dünən edilən referendumun ardınca Rusiyanı yarımadanı ilhaq etməməsi mövzusunda xəbərdar edib.


Movqe.Az xəbər verir ki, NATO-nun qərar orqanı Şimali Atlantik Şurasından edilən şərhdə , dünənki "referendumun qeyri-qanuni olduğu , beynəlxalq hüququ və Ukrayna konstitusiyasını pozduğu " bildirilib.


NATO müttəfiqlərinin , "heç bir etibarlılığı olmayan" referendum nəticəsini danacağı vurğulanan şərhdə , Rusiyaya Ukraynadakı hərbi fəaliyyətlərini dayandıraraq geri çəkilməsi çağırışı edilib.