8 yaşlı oğlan dəm qazından zəhərləndi

17 Mart 2014 21:41 (UTC+04:00)

8 yaşlı oğlan dəm qazından zəhərlənib

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. 

Anspress-in verdiyi məlumata görə, Gəncə şəhər sakini, 2006-cı il təvəllüdlü Alıyev Fateh yaşadığı evdə dəm qazında olan kəskin ətirdən zəhərlənib. O, valideyinləri tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda onun vəziyəti normaldır.


Gəncə şəhər Qaz İstismar Sahəsinin baş mühəndisi Subay Nəsibovun verdiyi məlumata görə, maye qaza ətir verməsi üçün vurulan "Aderant" maddəsi zəhərli deyil və miqdarından artıq vurulmayıb. Belə ki, hər 1000 kuba 16 qram "Aderant" vurulub və bu işdə xüsüsi aparat vasitəsi ilə görüldüyü üçün nəzərdə tutulan miqdardan artıq ola bilməz. Qış aylarında 16, yay aylarında isə 8 qram "Aderant" maddesi vurulur. S.Nəsibov onu da bildirdi ki, əgər mənzildə bu ətir kəskin hiss olunursa, deməli qaz xəttində sızma var və vətandaşlar dərhal 104 nömrəsinə zəng vuraraq məlumat versinlər.


Qeyd edək ki, maye qazın kəskin ətiri açıq havadada hiss olunur.