Güclü külək 50-dək kəndi işıqsız qoyub

17 Mart 2014 18:43 (UTC+04:00)

Bu gün Qusar rayonunda müşahidə olunan güclü külək bir sıra fəsadlar yaradıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bəzi ərazilərdə ağaclar və elektrik dirəkləri aşıb. Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, rayonun təxminən 50 kəndinə elektrik enerjisinin verilişində problemlər yaranıb.