Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq

18 Mart 2014 09:20 (UTC+04:00)

Aeroport yolunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. "Azəryolservis" ASC-dən NİİM-ə verilən məlumatda yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan 18:00-a qədər Böyükşor - Hava limanı avtomobil yolunun Heydər Əliyev adına Hava limanından "Buta Palace"a qədər olan hissəsində qismən (2 zolaq), "Buta Palace"dan Sabunçu yol qovşağına qədər olan hissəsində isə tam olaraq nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağı bildirilib.