Putin Krım haqqında əmr imzaladı

18 Mart 2014 10:39 (UTC+04:00)

Prezident Vladimir Putin rus parlamentinin hər iki məclisinə üzünü tutaraq ilkin qanuni addım kimi yerli vaxtla 15.00-da Krımın formal olaraq Rusiyaya birləşdirildiyini söyləyib.  Bazar ertəsi Cənab Putin Krımın suveren bir dövlət kimi tanınmasını təmin edən əmri imzalayıb. Bu haqda Movqe.Az BBC-yə istinad edir.

Krım rəsmiləri 97 faiz seçicinin bazar günü keçirilən referendumda Ukraynanın ayrılmasının lehinə səs verdiyini bildirib.

Avropa Birliyi və ABŞ səsvermənin qeyri-qanuni olduğunu bəyan edərək, Ukrayna və Rusiyadan gələn 21 rəsmiyə sanksiya tətbiq edib.  

Gazeta.ru-un xəbərinə görə isə, Putinin və Krım Parlament nümayəndəsi Vladimir Konstantinovun  çıxışndan sonra Krımın Rusiya Federasiyasının tərkibinə daxil olmasıyla bağlı müqavilə imlazayacağı gözlənilir.