Ağac gənc qadının üstünə aşdı

18 Mart 2014 10:47 (UTC+04:00)

Hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib

Bu gecə Bakıda baş verən güclü külək bir sıra problemlərlə yanaşı insanlara da xəsarət yetirib. Hadisələrdən biri paytaxtın Qaradağ rayonu ərazisində Qobustan qəsəbəsi ərazisində ağac gənc qadının üstünə aşıb. Qaradağ rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə İsmayılov küçəsi 9 ünvanında baş verib.


Belə ki, gecə saat 01 radələrində hündür ağac əsən güclü külək nəticəsində 30 yaşlı Ramilə Əhmədovanın başına aşıb. Nəticədə qadın ağır yaralanıb. Onu xəstəxanaya aparıblar. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.