Şou biznesin 3 bacısına elçi gəldi - FOTOSESSİYA

18 Mart 2014 13:11 (UTC+04:00)

Ölkənin ən maraqla izlənilən və reytinqli serialı "3 bacı "da bu həftə də çox maraqlı hadisələr cərəyan edəcək. Mövqe.az xəbər verir ki, serialda 3 bacı olan Səadət, Sevinc, Xoşbəxt obrazlarını canlandıran aktrisalar Keyxanım, Tünzalə, Dilarə Əliyevalar yenə də çox pozitiv enerji ilə sevənlərinin qarşısına gələcəklər. Novruz şənliyindən sonra elçi mərasiminin baş tutacağı çox həyəcanlı bölümlər haqqında aktrisa Dilarə Əliyeva da öz fikirlərini Mövqe.az-la  bölüşüb: " Qarşıdan gələn həftə Novruz şənliyi ilə bağlı buraxılışlarımız olacaq. Qeyri-adi formada hazırladığımız həmin bölüm tam fərqli olacaq. Deyərdim ki, teleməkanda ilk dəfə elə Novruz şənliyi təqdim ediləcək. Qonaqlarımız da var. Çal-çağır şənlik maraqlı təqdimatda olacaq".

3 bacı serialının sponsor cəhətdən qıtlıq çəkməməyinin səbəbini də aktrisa Mövqe.az-a danışıb : " Serialın hər hansı verlişin sponsoru və ya sponsorları varsa deməli həmin materiallara tələbat var. Tələbat varsa reytinq var, baxımlılıq var. Baxımlılıq isə serialın aktyor heyyətinin , rejissorunun, texniki işçilərinin birgə əməyindən irəli gəlir. Yəqinki bu müddət ərzində bizim təqdim etdiyimiz məhsulda nələrsə var ki, (özümüzü tərifləmək kimi çıxmasın - red) sponsorlarımız bizlərlə birgə addımlayır".


Xatırladaq ki, " 3 bacı" serialına həftənin cümə axşamı və cümə günü "Space" kanalının efirində  21:30-da baxa bilərsiniz. Serialın quruluşçu rejissoru Səyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyev, ssenari müəllifi Vüqar Hüseynovdur.