Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata əsasən, toqquşma nəticəsində yanğın baş verib. Xəsarət alanlar var. Hadisə 16 iyun baş verib.
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşlara məxsus "Moskviç-412" markalı minik avtomobili "Lada-1117" markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğın baş verib.
"Moskviç-412" markalı minik avtomobilinin yanar hissələri, "Lada-1117" markalı minik avtomobilinin qabaq hissəsi yanıb.
Qəza nəticəsində hər iki sürücü aldıqları bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılıb təcili yardım xidmətinə təhvil verilib.
Türkan Nadirqızı
Movqe.Az