Hidrometerioloqlardan güclü külək xəbərdarlığı

18 Mart 2014 11:32 (UTC+04:00)

Paytaxtda güclü külək hələ iki gün davam edəcək. Bu barədə məlumatı Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova verib: "Biz havanın küləkli keçəcəyi barədə ayın 15-dən məlumat vermişdik. Əlaqədar qurumlara bununla bağlı bildirişlər də göndərilib. Tibbi-meteoroloji proqnozda da gün ərzində tez-tez güclü cənub-qərb küləyi və şimal-qərb küləklərinin bir-birini əvəz etməsinin gözlənildiyi qeyd olunub. Bu hava şəraiti meteohəssas insanlar üçün diskomfort yarada bilər. Sabah güclü şimal-qərb küləyinin günün I yarısında mülayimləşəcəyi, günün ikinci yarısında isə güclü cənub küləyi ilə əvəz olunacağı gözlənilir".

G. Məmmədova bu hava şəraitinin mart ayı üçün xarakterik olduğunu da bildirib. Onun sözlərinə görə, ötən il də anoloji hava şəraiti müşahidə olunub: "Bu son illərin ən güclü küləyidir demək olmaz. Çünki ötən ilin mart ayında da bu cür hava müşahidə olunub. Mart ayında havanın küləkli keçməsi,bəzən belə güclü küləyin olması normaldır"