Nazir: “Ötən gecə Azərbaycanda baş verən güclü küləkli havanı qasırğa adlandırmaq olar”

18 Mart 2014 12:16 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gecə ölkə ərazisində, o cümlədən Bakıda müşahidə olunan güclü küləkli hava şəraitinə münasibət bildirib. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, ötən gecə baş verən güclü küləkli havanı qasırğa adlandırmaq olar.  Onun sözlərinə görə, yaz havasında gündüzlər isti olanda, sonradan temperatur dəyişəndə soyuq və isti hava axınlarının toqquşması nəticəsində belə hallar baş verir: "Şar formasında olan belə qasırğalar ildırıma, yanğınlara və digər hallara gətirib çıxarır. Bu, təbii hadisədir".