İkinci dəfə boşanan aşıq özünü "Hacı xanım" adına laiq görmədi
18 Mart 2014 13:27 (UTC+04:00)
İkinci dəfə uğursuz ailə həyatı qurub, boşanan və hər həyat
yoldaşından bir övladı olan Aşıq Samirə etirafı ilə hər kəsi şoka
salıb. Mövqe.az xəbər verir ki, Samirə özünü "Hacı xanım " adına
laiq görməyib. Sənətdə olan insanın bu adı daşımasına birmənalı
yanaşmayan aşıq bildirib : " Hacı xanım statusnu daşımaq bu sənətlə
uyğun gəlmir. Özüm dinə bağlıyam. Qızım da, mən də namazımızı
qılırıq. İnşallah bu yaxında ümrə ziyarətinə gedəcəyəm. Amma Həccə
getmək üçün çox şey etmək lazımdır. Asan iş deyil. Onun da öz
öhdəlikləri, qaydaları var".