Mədəniyyətin sonu gələcək

18 Mart 2014 15:25 (UTC+04:00)

NASA-ın maliyyələşdirdiyi yeni bir araşdırmayla dünyanın təbii qaynaqlarının sürətlə istismar edilməsi səbəbiylə müasir mədəniyyətin növbəti əsrdə çökə biləcəyi qənaətinə gəlinib.

 Amerika Kosmos və Aviasiya Dairəsi NASA , Goddard Kosmos Uçuş Mərkəzinin maliyyəyələşdirdiyi yeni bir araşdırmayla iqtisadi stabilləşmənin getdikcə itməsi və planetin təbii qaynaqlarının sürətlə istismar edilməsi səbəbiylə müasir mədəniyyətin növbəti əsr müddətində yox olacağını deyib.

 Riyaziyyatçı Safa Moteşarri , İnsan və Təbiət dinamikası modelini istifadə edərək reallaşdırdığı araşdırma nəticəsində yayımladığı hesabatda "Mədəniyyətlərin yüksəlişi və çöküşü tarix müddətində özünü təkrarlamış təbii bir dövrdür " söyləyib.  

 Moteşarri , hesabatında " Sonda, elitalar ehtiyaclarından çoxunu istəyəcək , kütlələrin qıtlıqla qarşı-qarşıya qalmasına gətirib çıxaracaq və müasir mədəniyyət çökəcək" deyib. Moteşarri , çöküşə maneə törədilməsi üçün elitaların iqtisadi tarazlıq qurması lazım olduğunu söyləyib.