Fəzadə ilk qadın kosmonavt

17 İyun 2012 21:46 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Çin fəzaya ilk qadın kosmonavtını göndərir.

Göyərtəsində qadın kosmonavt olan Şençjou-9 kosmik gəmisi yerin orbitinə qaldırılıb. Lyu Yan Çin Hava qüvvələrinin mayoru rütbəsini daşıyır.

Kosmosa qalxan 3 nəfərdən ibarət heyət gəmini orbitdə dövrə vuran Tyanqun-1 stansiyasına birləşdirməlidir.

Çin hökuməti uçuşun plana uyğun keçdiyini bildirib.

Pekinin dövlət proqramı çərçivəsində 2020-ci ilədək kosmosda daimi heyətə malik olan 60 tonluq stansiyanın yerləşdirilməsi nəzərdə tutulur.

Bundan əvvəl Amerika 16 ölkənin istifadə etdiyi Beynəlxalq Kosmik Stansiyada çinli kosmonavtların təmsil olunmasına etiraz edib.

Türkan Nadirqızı

Movqe.Az